
Azərbaycan millisi son görüşdə qələbə qazandı
Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirib.
Komanda.az xəbər verir ki, yığma komanda 11-ci turda Serbiya ilə üz-üzə gəlib. Görüş Azərbaycan komandasının qələbəsi ilə bitib – 2,5:1,5.
Azərbaycan millisi yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə olimpiadanın qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin