Azərbaycan millisi Kiprə də uduzdu

Azərbaycan millisi bu gün 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda keçirilən oyunda Kipr yığması ilə qarşılaşıb.

Oyun komandamız üçün uğursuz alınıb. Futbolçularımız 4 cavabsız qola üzülüblər.

Xatırladaq ki, Azərbaycan yığması daha öncə Monteneqroya da 1:2 hesabı ilə uduzmuşdu. Millimiz qrupdakı son matçını oktyabrın 10-da Xorvatiyaya qarşı keçirəcək.

AÇ-nin seçmə mərhələsi
7 oktyabr

Azərbaycan – Kipr 0:4
Baş hakim: Marisca Overtoom (Niderland)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button