“Azərbaycan millisi keyfiyyətli komandadır” – Milevski

Şimali Makedoniya yığmasının baş məşqçisi Blaqoya Milevski Azərbaycan milli komandasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hər oyunda qələbə üçün mübarizə aparırıq. Sabah da belə olacaq. Azərbaycanla matçda qələbə qazanacağımıza ümid edirəm. Rəqib bizi yaxşı analiz edib. Fərqli futbol sərgiləyirlər. Son nəticələr Azərbaycan millisinin keyfiyyətli komanda olduğunu deməyə əsas verir. Onlar həm də aqressiv oynayırlar”.

Baş məşqçi yığmanın əsas futbolçularından olan Ezcan Alioski və Boyan Miovskinin bu qarşılaşmada meydana çıxmayacağını söyləyib.

Sabah baş tutacaq Şimali Makedoniya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button