Azərbaycan millisi 10 ildir uduzmadığı rəqibə qarşı

DÇ-2020-nin elit-raund mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan millisi yanvarın 21-də və 22-də Bakı İdman Sarayında yoldaşlıq oyunları keçirəcək.

Komanda.az xəbər verir ki, sparrinq-rəqib isə Özbəkistan yığması olacaq.

Hər iki qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar 9 dəfə üz-üzə gəlib. Bu oyunlardan 5-də millimiz, 1-də isə rəqib qələbə qazanıb. Üç dueldə “sülh” qeydə alınıb. Ən böyükhesablı nəticə son oyunda qeydə alınıb. 2016-cı il avqustun 16-da keçirilmiş oyunda millimiz 6:2 hesabı ilə qələbə qazanıb.

18.05.2010. YO. Özbəskitan – Azərbaycan – 3:3

19.05.2010. YO. Özbəskitan – Azərbaycan – 4:2

05.02.2011. BT. Azərbaycan – Özbəkistan – 5:3

14.01.2012. BT. Azərbaycan – Özbəkistan – 3:2

05.05.2012. YO. Özbəkistan – Azərbaycan – 1:2

06.05.2012. YO. Özbəkistan – Azərbaycan – 1:1

03.12.2014. BT. Azərbaycan – Özbəkistan – 6:3

15.08.2016. YO. Özbəkistan – Azərbaycan – 3:3

16.08.2016. YO. Özbəkistan – Azərbaycan – 2:6