
Azərbaycan millilərinin Avropa kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycanın 3×3 basketbol millilərinin Avropa kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
Bu barədə Komanda.az-a Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Kişilərdən ibarət milli komanda B qrupunda Kosovo, Malta seçmələri ilə mübarizə aparacaqlar. Qadınlardan ibarət yığma isə B qrupunda Kosovo ilə üz-üzə gələcək.
Kişilərdən ibarət komanda qrupda ilk oyununu iyunun 7-də Maltaya qarşı keçirəcək. Bundan bir gün sonra isə Kosovo yığması ilə qarşılaşacaq.
Qadın basketbolçulardan ibarət yığmanın Kosovo ilə matçı isə iyunun 8-də baş tutacaq.
Kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Avropa kubokunda təsnifat mərhələsinin oyunları 7 və 8 iyun tarixlərində Kosovonun Priştina şəhərində təşkil olunacaq.
Bizi Facebook-da izləyin



