“Ümid edirik ki, növbəti görüşdə onun köməyindən istifadə edə biləcəyik” – Yurçeviç

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Bəhreynlə qarşılaşacaqları yoxlama oyunundan əvvəl fikirlərini bildirib.

Komanda.az AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, xorvat mütəxəssis, bu gün saat 20:30-da start götürəcək qarşılaşma ilə bağlı bunları deyib:

“Uçuşumuz yaxşı keçdi. Gördüyüm qədəriylə, futbolçular özlərini yaxşı hiss edirlər. Son iki rəsmi matçda oynayan 5 futbolçu müxtəlif səbəblərdən heyətdə yoxdur. Onlardan üçü cəzalı, Mahir (Emreli) zədəli, Qara (Qarayev) isə bu matçda oynayacaq vəziyyətdə deyil. Ümid edirik ki, növbəti görüşdə onun köməyindən istifadə edə biləcəyik”.