Azərbaycan millisinin yoxlama oyunundakı qələbəyə hədsiz sevinməsinin sirri FOTOLAR

Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda Belarusa səfərdə qalib gəlib – 2:1.

Ədə etdiyimiz məlumata görə, AFFA rəhbərliyi milli üzvlərinə qazanılan qələbəyə görə mükafat vəd verib. Belə ki, hər bir futbolçu Belarus zəfərinə görə 15 min manata yaxın pul alacaq.

Millinin futbolçularının və məşqçilər heyətinin qələbə qolundan sonra hədsiz sevinməsi də ehtimal olunur ki, bu mükafata görə olub.

Bundan başqa, Türkiyə ilə yoxlama oyununda məğlubiyyətə rəğmən, komandanın nisbətən yaxşı oynamasına görə də mükafat verilməsi nəzərdə tutulub. Daha sonra AFFA rəhbərliyi məğlub olduğumuz Türkiyə matçı üçün nəzərdə tutduğu mükafatı Belarusla qələbənin üzərinə qoyub və məbləği daha yüksək edib.

Azərbaycan millisi Türkiyəyə 1:2 hesabıyla uduzub, Belarusu isə hesabda geri düşməsinə baxmayaraq, Bədavi Hüseynov və Ramil Şeydayevin vurduğu qollarla məğlub edib.

Komanda.az