Azərbaycan millisi Bəhreynə qalib gəldi

Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bəhreyn yığması ilə qarşılaşıb. Bəhreyn milli stadionunda keçirilən görüşdə qapılara bütövlükdə beş qol vurulub. Sonda qələbəni Azərbaycan yığması bayram edib.

Yoxlama oyunu

9 oktyabr

Bəhreyn – Azərbaycan 2:3
Qol: Abdulvahab A.Rahman, 31. Jasim Ahmed, 68 – Rüfət Dadaşov, 41. Təmkin Xəlilzadə, 62. Ramil Şeydayev, 70.
Baş hakim:
Əhməd Əl-Kafa (Oman)

Bəhreyn: 21. Sayed Mohamed Jafar (k), 3. Valeed Mohamed, 5. Ahmed Mubarak, 6. Mohamed Yusuf, 8. Ali Jafar, 10. Abdulvahab A.Rahman, 11. İsmaeel Abdullatif, 17. Abdulla Khaled, 22. Mohamed Adel, 25. Mahdi Faisal, 26. Mohamed Abdulvahab.
Ehtiyat oyunçular: 1. Sayed Shubbar, 12. Hamad Mohamed, 2. Sayed Mehdi, 4. Sayed Dhiya, 7. İsa Moosa, 9. Abdulla Yusuf, 13. Mohamed Saad, 14. Ali Abdulla, 15. Jasim Ahmed, 16. Sayed Redha, 18. Ahmed Abdulla, 19. Komail Hasan, 30. Ahmed Nabeel.
Baş məşqçi: Helio Souza.
Azərbaycan: 12. Emil Balayev, 5. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov (k), 3. Şəhriyar Rəhimov, 20. Riçard Almeyda, 13. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Ağabala Ramazanov, 16. Rüfət Dadaşov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 10. Namiq Ələsgərov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 19. Təmkin Xəlilzadə, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç.