Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verildi

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, “Sumqayıt” “Ordu” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan görüş “Ordu”nun 93:74 hesablı qələbəsi ilə yekunlaşıb.

19:00-da isə eyni məkanda “Sabah” “Quba” ilə üz-üzə gələcək.

“Ordu” – “Sumqayıt” cütünün qalibi “Sabah” – “Quba” duelinin güclüsü ilə oynayacaq. “Gəncə” – “Neftçi” duelində sevinən tərəf isə “Abşeron Lions” – “Şəki” qarşılaşmasının qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button