Azərbaycan kuboku: 5 komanda 1/16 finalda!

Bu gün keçirilmiş 5 oyunla futzal üzrə Azərbaycan kubokunda 2019/20 mövsümünə start verildi.

Komanda.az xəbər verir ki, kubokun ilk matçında öz liqalarının autsayderi olan “Yurd” və “Veqa” komandaları üz-üzə gəlib. “Yurd” bu oyunu qalib başa vurub.

Günün digər oyunlarında “Hövsan”, “Altay”, “Zirvə Bakı-2” və “Borçalı” komandaları da 1/16 finala vəsiqə qazanıb.

Azərbaycan kuboku, 1/32 final

10 yanvar

Yurd MFK – Veqa 6:2

Hövsan – Baku Fire-2 5:2

Altay – Zirvə Bakı 7:2

Zirvə Bakı-2 – Baku Fans 4:3

Borçalı – Çinar Cəbrayıl 12:1

Ölkə kubokunun növbəti oyunları yanvarın 11 və 12-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button