Azərbaycan klubu braziliyalı futzalçılarla gücləndi
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” heyətini iki yeni futzalçı ilə gücləndirib.
Komanda.az xəbər verir ki, 28 yaşlı Conatas Felipe və 24 yaşlı Emanoel Rodriqes mövsümün sonuna qədər ölkə çempionunun formasını geyinəcək. Felipe Braziliyanın “Pato” klubundan transfer olunub. Rodriges isə həmyerlisindən fərqli olaraq Avropada legioner həyatı yaşamağı bacarıb. O, Qazaxıstanın “Atırau” klubunda çıxış edib.
Bununla da, “Araz-Naxçıvan”ın heyətindəki braziliyalı futzalçıların sayı üç olub. Onlara qədər Murilo Borges baş məşqçi Joze Alesio Da Silvanın sərəncamında idi.
“Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Europa”, ertəsi gün “Kampuksen Dinamo”, avqustun 24-də isə “Raba” klubu ilə qarşılaşacaq. “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.
Bizi Facebook-da izləyin