Azərbaycan gimnastları Misirdə gümüş medal qazandı

Azərbaycan gimnastları beynəlxalq arenada növbəti uğurunu qazanıb.

Komanda.az xəbər verir ki, Misirin Qahirə şəhərində keçirilən aerobika gimnastikası üzrə “Egyptian Pharaohs cup” adlı beynəlxalq turnirdə aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlüklər arasında fərqlənərək, fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.