Azərbaycan cüdoçularının Çexiya toplanışı başa çatıb

Azərbaycanın yeniyetmə cüdoçuları Çexiyanın Teplitse şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışını başa vurublar.

Komanda.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşan hazırlıq prosesi aprelin 7-dən 9-dək davam edib.

Təlim-məşq toplanışında yeniyetmə oğlanlardan ibarət milli komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.

Toplanış Gürcüstanın paytaxtı Tiflisdə və Qubada keçiriləcək yeniyetmələr arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button