
Azərbaycan boksçuları Belqraddakı beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın qadın boksçuları fevralın 5-9-u aralığında Serbiyanın paytaxtı Belqradda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, yığmanın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) gücünü yoxlayacaq.
Bu gün səfərə yollanan idmançılar fevralın 10-da Bakıya qayıdacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin