
Azərbaycan atıcısı dünya kubokunda finala yüksəlib
Azərbaycan idmançısı Nurlana Cəfərova Qazaxıstanın Almatı şəhərində stend atıcılığı üzrə keçirilən ISSF dünya kubokunda finala yüksəlib.
Azərbaycan Atıcılıq Federasiyasından Komanda.az-a verilən məlumata görə, qadınlar arasında dairəvi stend növündə yarışan təmsilçimiz yüksək nəticə göstərərək həlledici mərhələyə vəsiqə qazanıb.
O, sabit performansı və dəqiq atışları ilə seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



