AÇ-2020: “Məğlubiyyətin bütün məsuliyyəti məndədir” – Alaba

Avstriya milli komandasının futbolçusu David Alaba AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Niderlanda qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, yığmanın kapitanı, 0:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Komandamla qürur duyuram. Möhtəşəm bir komandaya qarşı cəsarətlə oynadıq. Məğlubiyyətin bütün məsuliyyəti məndədir. Penaltiyə səbəb oldum. Hər kəsdən üzr istəyirəm. Bu, məni çox incitdi.

Son oyunda lazım olan nəticəni əldə etmək üçün döyüşəcəyik”.