Avropa Oyunları: Həsənov mübarizəni dayandırdı

Polşada keçirilən 3-cü Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

Komanda.az xəbər verir ki, beşinci yarış günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb.

Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn idmançı 1/8 finalda Din Klinsi (İrlandiya) ilə qüvvəsini sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.

Bu gün daha iki yığma üzvü yarışa qoşulacaq. Sərxan Əliyev (71 kq) Mixal Takacsla (Slovakiya), Məhəmməd Abdullayev (+92) Uğur Aydəmirlə (Türkiyə) qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button