Avropa Oyunları: Azərbaycan boksçusu 1/8 finalda

Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəyə qoşulub.

Komanda.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Mixal Takacsla (Slovakiya) üz-üzə gəlib.

Döyüş Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda latviyalı Martins Blumentalsla döyüşəcək. Görüş iyunun 27-də olacaq.

Bu gün Azərbaycanın daha bir boksçusu yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92) Uğur Aydəmirlə (Türkiyə) qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button