Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın daha bir güləşçisindən qələbə

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qələbə qazanıb.

Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Ukrayna təmsilçisi Aleksey Masiki mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:2 hesabı ilə üstələyib. Daha əvvəl Beka Kandelaki (130 kq) qələbə qazanıb, İslam Abbasov (87 kq) isə məğlub olub.

Bu gün həmçinin Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaq. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button