Avropa Liqası: “Barselona” 1/8 finalda!

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, əsas diqqətlər “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Barselona” matçına yönəlib. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı. Məhsuldar keçən cavab görüşündə isə Kataloniya təmsilçisi inamlı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su isə “Sevilya”ya ilk oyundakı 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Amma Xorvatiya təmsilçisinin minimal hesablı qələbəsi mərhələ adlamaq üçün yetərli olmayıb.

UEFA Avropa Liqası, 1/16 final, cavab oyunları

24 fevral

Dinamo (Zaqreb, Xorvatiya) – Sevilya (İspaniya) 1:0
Qol
: Orşiç, 65-pen.
Baş hakim: Fransua Letesye (Fransa)
İlk oyun – 1:3

Latsio (İtaliya) – Portu (Portuqaliya) 2:2
Qol
: İmmobile, 19. Kataldi, 90+5 – Taremi, 31. Uribe, 68.
Baş hakim: Deniz Aytekin (Almaniya)
İlk oyun – 1:2

Real Sosyedad (İspaniya) – Leyptsiq (Almaniya) 1:3
Qol: Zubimendi, 67 – Orban, 39. A.Silva, 59. Forsberq, 89-pen.
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun – 2:2

Olimpiakos (Yunanıstan) – Atalanta (İtaliya) 0:3
Qol
: Mehle, 40. Malinovski, 67; 69.
Baş hakim: Karlos del Serro (İspaniya)
İlk oyun – 1:2

Napoli (İtaliya) – Barselona (İspaniya) 2:4
Qol: İnsinye, 23-pen. Politano, 87 – Alba, 8. De Yonq, 13. Pike, 45. Obameyanq, 59.
Baş hakim: Sergey Karasyev (Rusiya)
İlk oyun – 1:1

Betis (İspaniya) – Zenit (Rusiya) 0:0
Baş hakim: Xalil Meler (Türkiyə)
İlk oyun – 3:2

Braqa (Portuqaliya) – Şerif (Moldova) 2:0 (penaltilər 3:2)
Qol
: Medeyros, 17. Horta, 43.
Baş hakim: Xose Sançes (İspaniya)
İlk oyun – 0:2

Reyncers (Şotlandiya) – Borussiya (Dortmund, Almaniya) 2:2
Qol
: Tavernye, 22-pen; 57 – Bellingem, 31. Malen, 42.
Baş hakim: Antonio Mateo Laos (İspaniya)
İlk oyun – 4:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button