Azərbaycan millisində dəyişiklik – “Qəbələ”liyə dəvət

Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Kəpəz”in üzvü Ümid Səmədovun əvəzinə heyətə “Qəbələ”dən Ülvü Mədətov dəvət olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button