Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinalda

Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Komanda.az xəbər verir ki, 74 kq-dakı Turan Bayramov, 92 kq-dakı Abdulcəlil Şabanov və 125 kq-dakı Vaxit Qalayev bu raundadək irəliləyib.

Bayramov finala gedən yolda Kristian Bironun (Rumıniya), Şabanov Andro Margişvilinin (Gürcüstan), Qalayev isə Solomon Manaşvilinin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

61 kq-dakı Ayxan Abdullazadə və 86 kq-dakı Fərid Cabbarov ilk görüşlərində məğlub olublar. Onlar rəqibləri finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaqlar.

Bu gün həmçinin, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev və 97 kq-da İslam İlyasov qızıl medal uğrunda mübarizə aparacaq. Onlar finalda, müvafiq olaraq, Xamzat Arsamerzoyev (Fransa), Hayk Papikyan (Ermənistan) və Oktay Çiftçi (Türkiyə) ilə güləşəcəklər. 57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə Ermənistanın digər təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.

QAvropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərindən isə Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button