Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri bilindi

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.

Turnirin ilk günündə rinqə yığmanın bir boksçusu çıxacaq. İbrahim Zeynalov irlandiyalı Con Hartla üz-üzə gələcək.

Avropa birinciliyi, Montesilvano
27 sentyabr
1/16 final

İbrahim Zeynalov (52 kq) – Con Hart (İrlandiya)

28 sentyabr
1/8 final

Faiq Mollayev (46 kq) – İqor Uşinyak (Polşa)
Aynur Mikayılova (50 kq) – Byanka Balint (Almaniya)

29 sentyabr
1/8 final

Bilalhabasi Nəzərov (48 kq) – Rıza Səfəri (İngiltərə)
Tağı Nəsibov (50 kq) – Cuzeppe Dell Aquila (İtaliya)
Məhəmmədəli Aşurəliyev (54 kq) – Armandas Kreqzde (Litva)
Məhəmmədəli Qasımzadə (57 kq) – Nik Smirnov (Almaniya)
Ziya Həsənova (66 kq) – Stefan Ananyev (Estoniya)

30 sentyabr
1/4 final

Aysu İsmayılova (46 kq) – Mariya Trifilli (Yunanıstan)
Nərmin Əlizadə (48 kq) – Mahur Marikyan (Ermənistan)
Qızbəs İsgəndər (54 kq) – Ella-Mae Lonsdale (İngiltərə)
Emili Rzayeva (70 kq) – Olqa Filipçuk (Ukrayna)

Avropa birinciliyində 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 4-də aydınlıq gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button