AVF rəsmisi AÇ-nin final mərhələsinin oyunlarına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman 22 yaşadək gənc oğlanlar arasında keçirilən U-22 Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.

Komanda.az xəbər verir ki, Frişman iyulun 12-17-də Polşada keçirilən final mərhələsinin matçlarında supervayzer funksiyasını yerinə yetirir.

U-22-lərin Avropa çempionatının final mərhələsində Polşa, Fransa, Avstriya, Serbiya, Türkiyə, İtaliya, Monteneqro və Niderland mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button