AVF rəsmisi Çempionlar Liqasına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasına təyinat alıb.

Komanda.az xəbər verir ki, CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü C qrupunun “Srvena Zvezda” (Serbiya) – “Potsdam” (Almaniya) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşma bu gün Belqradın “Vojdovas” İdman Mərkəzində keçiriləcək. Görüşün hakimləri makedoniyalı Sanya Simonovska və yunanıstanlı Vasileios Vasileyadis olacaqlar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button