“Atletiko”nun müdafiəçisi “Barselona” ilə matçı buraxa bilər

“Atletiko”nun müdafiəçisi Mark Pubil zədəsini hələ tam sağaltmayıb. 22 yaşlı futbolçu əzələ problemi səbəbindən “Real”la son derbini (2:3) buraxmışdı.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı oyunçu artıq məşqlərə başlasa da, klubun məşqçilər heyəti onun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə ilk oyuna qədər bərpa olunacağına şübhə ilə yanaşır.

Komandalar arasında ilk qarşılaşma aprelin 8-də, Kataloniya təmsilçisinin meydanında keçiriləcək. Cavab oyunu isə aprelin 14-də, Madriddə baş tutacaq. Bundan əvvəl, aprelin 4-də tərəflər La Liqa çərçivəsində də qarşılaşacaq.

Mark Pubil Dieqo Simeonenin rəhbərlik etdiyi komandaya ötən ilin yayında “Almeriya”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button