“Turnir təxirə salınsa, bu mövsüm Çempionlar Liqasının qalibi elan edilməliyik” – “Atletiko”nun futbolçusu

İspaniyanın “Atletiko” klubunun yarımmüdafiəçisi Koke açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, Çempionlar Liqası ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Dostlarımla danışanda, onlara Çempionlar Liqasının qalibi olduğumuzu deyirəm. Turnir təxirə salınsa, bu mövsüm Çempionlar Liqasının qalibi elan edilməliyik, eyniylə boksdakı kimi. Biz son çempion “Liverpul”u mübarizədən kənarlaşdırmışıq.

Hazırda La Liqanı düşünməliyik, onsuz da Çempionlar Liqası avqusta qədər bərpa oluna bilməz. La Liqaya köklənib, Çempionlar Liqasına vəsiqə qazanmalıyıq, bunu bacara bilməsək, bizim üçün uğursuzluq olacaq”.

“Atletiko” “Liverpul”a turnirin 1/8 final mərhələsində qalib gələrək, mübarizədən uzaqlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button