
“Atletiko”nun müdafiəçisi 5 klubun “radar”ındadır
“Atletiko”nun müdafiəçisi Mark Pubil hazırda transfer bazarında bir sıra top-klubların maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə PSJ, “Barselona”, “Liverpul”, “Çelsi” və “Mançester Yunayted” maraqlanır.
“Transfermarkt” Pubilin bazar dəyərini 28 milyon avro olaraq qiymətləndirir. Onun “Atletiko” ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayında başa çatacaq. 22 yaşlı müdafiəçi 2025/26 mövsümündə Madrid klubunun heyətində 36 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Pubil Dieqo Simeonenin rəhbərlik etdiyi komandaya ötən ilin yayında “Almeriya”dan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



