“Messi niyə “Atletiko”ya gəlməsin?”

“Atletiko”nun futbolçusu Koke “Barselona”nın kapitanı Lionel Messinin komandalarına cəlb edilməsini istəyir.

Komanda.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçi AS nəşrinə açıqlamasında deyib:

“Messi uzun müddətdir ki, “Barselona”dadır. Onun üçün bu klubdan ayrılmaq çox çətin olacaq. Messi niyə “Atletiko”ya gəlməsin? Düşünürəm ki, keçmiş komanda yoldaşı Luis Suares onu gəlməyə razı sala bilər. Messi də gəlsə, mükəmməl komandamız olardı. “Atletiko”da hər zaman böyük və güclü futbolçular oynayır”.