“Fantastik çempionatda oynayırıq” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 35-ci turu çərçivəsində “Barselona”ya qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 0:0 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Fantastik çempionatda oynayırıq. Qalib olmaq üçün dörd komanda yarışır. Barselonaya müdafiədə əzmkar oynamaq və rəqibə şans verməmək üçün gəldik. Komandam yaxşı oyun keçirdi. Qapımızda bir neçə təhlükəli epizod oldu.

Yarış davam edir, qarşıda oyunlar var. İndi istirahət edib, “Real Sosyedad”la oyuna hazırlaşmalıyıq”.

“Atletiko” La Liqada 77 xalla liderdir. Bu gün “Real” 35-ci tur çərçivəsində “Sevilya”nı məğlub etsə, ilk pilləyə yüksələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button