“Atletiko”dan “Qalatasaray”a 120 milyon avroluq təklif

Nigeriya millisinin və “Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Atletiko”nun transfer hədəfinə çevrilib.

Komanda.az “forza cimbom”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi artıq Türkiyə çempionuna rəsmi sorğu göndərərək, 26 yaşlı forvardı 120 milyon avroya transfer etmək istədiyini bildirib.

Ancaq “Qalatasaray” rəhbərliyinin nigeriyalı futbolçunu yay transfer dövründə buraxıb-buraxmayacağı hələlik dəqiq deyil.

Bundan əvvəl yayılan xəbərlərdə qeyd olunurdu ki, “Atletiko” Osimheni Xulian Alvares komandadan ayrılacağı təqdirdə, onun potensial əvəzləyicisi kimi görür.

Osimhen 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, 22 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button