“Atletiko”dan “Barselona”ya sərt reaksiya: “Növbəti yalan”

“Barselona” ilə “Atletiko” arasında hücumçu Xulian Alvareslə bağlı gərginlik davam edir. Madrid təmsilçisi argentinalı oyunçu üçün rəsmi təklif aldıqları barədə yayılan xəbərləri təkzib edib.

“Atletiko” rəsmiləri bu məlumatları “Barselona”nın növbəti yalanı” adlandıraraq, kataloniyalıların rəsmi müraciət etmədiyini bildiriblər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, bir sıra etibarlı mənbələr “Barselona”nın həqiqətən də Alvaresin transferi üçün 100 milyon avro məbləğində təklif göndərdiyini təsdiqləyir.

“Barselona” rəhbərliyi məsələ ilə bağlı “Atletiko” ilə açıq qarşıdurmaya girmək niyyətində deyil və vəziyyətin peşəkar şəkildə həll olunacağına ümid edir. Kataloniya klubunda Alvaresi heyətə qatmaq cəhdləri transfer bazarında aparılan adi danışıqların bir hissəsi kimi qiymətləndirilir.

26 yaşlı forvardın gələcəyi ilə bağlı müzakirələrin yay transfer dövrünün ən diqqətçəkən mövzularından biri olacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button