“Atletiko” və “Real”ın xal itirəcəyinə inanıram” – Kuman

İspaniya La Liqasının 17-ci turu çərçivəsində “Hueska”ya 1:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis katalonların çempionatdakı əsas rəqiblərinin xal itirəcəyinə ümid etdiyini bildirib:

“Hueska” asan rəqib deyildi. İlk hissədə çoxlu qol epizodları yaratdıq. Müəyyən qədər çətinlik yaşadıq, amma səbrli oynayıb, istədiyimizə çatdıq. Bu ay bizim üçün çox vacibdir, çünki səfər oyunlarımız çoxdur. “Atletiko” və “Real”ın xal itirəcəyinə inanıram. Onlar xal itirsə və biz uğurlu seriyamızı davam etdirsək, yenidən çempionluq yarışında olacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button