“Atletiko” 12 milyon avroluq transferi bitirir

Leverkuzen “Bayer”inin müdafiəçisi Alexandro Qrimaldo yaxın vaxtlarda “Atletiko”ya keçəcək.

Madrid təmsilçisinin daha əvvəl futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırdığı bildirilmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin transferi yekun mərhələyə çatıb. Hazırda klublar son detalları müzakirə edirlər. Futbolçunun keçidi “Atletiko”ya 12 milyon avroya başa gələcək.

Gözlənilir ki, Qrimaldo yeni klubu ilə müddəti 2029-cu ilin yayına qədər olan müqavilə imzalayacaq. Sözləşmədə müddətin daha bir illik uzadılma şərtinin də yer alacağı qeyd olunur.

İspaniyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 46 oyunda meydana çıxıb, 14 qol vurub və 12 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button