
“Atletiko”nun Alvaresi saxlamaq şansı azdır
“Atletiko”nun hücumçusu Xulian Alvares yay transfer dövründə klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu argentinalı forvardı saxlamaq üçün demək olar ki, şanssız vəziyyətdədir. Hazırda futbolçu uğrunda iki əsas iddiaçı var: “Barselona” və PSJ.
Alvaresin şəxsi üstünlüyü “Barselona”dan yanadır və o, hətta PSJ-nin daha sərfəli maliyyə təklifinə baxmayaraq, Kataloniya klubunu seçməyə meyllidir.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, 26 yaşlı hücumçunun bazar dəyəri 90 milyon avro təşkil edir. Bildirilir ki, “Barselona” yaxın zamanda Alvares üçün 100 milyon avroluq təklif irəli sürüb, ancaq “Atletiko” bu məbləği qəbul etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



