Falkao İspaniyaya qayıdır

Hazırda “Monako”nun şərəfini qoruyan Radamel Falkao karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqada mübarizə aparan “Atletiko” “knyazlıq klubu”ndan ayrılmaq istəyən kolumbiyalı futbolçunu transfer etmək niyyətindədir. “Valensiya”nın da maraq dairəsində olduğu deyilən Falkao, Madrid təmsilçisində oynamağa müsbət yanaşır.

Bundan başqa, Çin liqasından Falkao üçün böyük təkliflərin olduğu, amma 33 yaşlı futbolçunun Çempionlar Liqasında mübarizə aparmaq istədiyi deyilir.

Falkao 2011-2013-cü illərdə “Atletiko”nun şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button