İngiltərə klubu Reşfordu geri qaytarmaq istəyir

“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Aston Villa”ya qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” futbolçunu yenidən icarəyə götürməkdə maraqlıdır. Amma “qırmızı şeytanlar”ın yalnız məcburi satınalma bəndi olan təkliflərə müsbət yanaşacağı qeyd olunur. “Aston Villa” hələlik Reşford üçün rəsmi təklif verməyib, lakin onun transferi üçün əsas namizədlərdən biridir.

28 yaşlı forvard daha əvvəl 2025-ci ilin fevralından iyununa qədər “Aston Villa”da icarə əsasında oynayıb. O, 2025/26 mövsümündə isə “Barselona”da icarə əsasında çıxış edib. Reşford Kataloniya klubunun heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button