“Aşağı liqaya düşməməliyik” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubun hazırkı durumu barədə danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, aşağı liqaya düşməmək üçün mübarizə apardıqlarını bildirib:

“15 xal hesabımızdan silindi. Aşağı liqaya düşməməliyik. Qəribədir ki, addım-addım irəliləmək üçün ilk növbədə bunu diqqətdə saxlamalıyıq. Mövsüm hələ davam edir. Biz İtaliya kubokunun yarımfinalındayıq və Avropa Liqasında da uğur qazanmaq istəyirik”.

Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 13-cu sıraya enib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button