“Arsenal”a lazım olmayan futbolçular

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun qış transfer pəncərəsi ilə bağlı planlarından danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, komandanı gücləndirə biləcək futbolçulara ehtiyac duyduğunu bildirib:

“Transfer pəncərəsinin əvvəlində – yanvarda oyunçu almaq istəyirik. Belə desək, bizim oyun üslubumuza yaraşmayan futbolçu ilə müqavilə imzalamağı düşünmürük. Sadəcə adı transfer siyahısında ən yüksək yerlərdə hallanan futbolçular bizə lazım deyil. Komandanı gücləndirəcək şəxslərə ehtiyac duyuruq. Klubun idman direktoru və rəhbərliyin digər üzvləri bu məsələdə mənə dəstək olurlar”.

“Arsenal” İngiltərə Premyer Liqasında 37 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button