“Barselona”ya görə “Arsenal”a “yox” dedi

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, qabonlu hücumçu ilə “Barselona” yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Obameyanqın “Barsa”nın marağına görə, “Arsenal”ın yeni müqavilə təklifini rədd etdiyi bildirilir.

2018-ci ilin yayında “Arsenal”a keçən 30 yaşlı hücumçunun hazırkı müqaviləsi 2021-ci ilin iyununa qədərdir.

Bu mövsüm “topçular”la 14 oyuna çıxan Obameyanq, 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button