“Arsenal”dan ayrılmaq istəyir – “instagram”da açıqladı

“Arsenal”ın futbolçusu Enzli Meytlend-Nayls klubu tərk etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. O, paylaşımında daha çox şans qazanacağı bir komandada çıxış etmək istədiyini bildirib:

“Ehtiyacım olan, oynaya biləcəyim bir komandaya getmək istəyirəm”.

Enzlinin “Arsenal”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. İngilis futbolçu bu mövsüm Premyer Liqada 1 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button