“Arsenal”ın Çempionlar Liqasını qazanmaq üçün çox yaxşı şansı var”

Niderlandlı sabiq müdafiəçi Yap Stam “Arsenal” və PSJ arasında baş tutacaq UEFA Çempionlar Liqasının final oyunu haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Arsenal”ın çox yaxşı şansı var. Onlar PSJ, “Bayern” kimi, əla oyunçulara malikdir, futbolçuları fərdi olaraq çox istedadlıdır. Lakin belə komandalar çoxlu qol buraxırlar. Onların üslubunun təbiəti belədir: rəqibləri üçün çox boş yer buraxırlar. “Arsenal” vahid şəkildə təzyiq göstərə bilir və bundan final matçında yararlana bilər”.

“Arsenal” tarixində ilk dəfə Çempionlar Liqasını qazana bilər. Oyun mayın 30-da Budapeştdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button