“Arsenal”dan Overmarsa təklif

“Ayaks”ın idman direktoru Mark Overmars klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, “Arsenal” hollandiyalı mütəxəssisə klubda vəzifə vermək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Arsenal”ın Overmarsı komandanın idman direktoru postuna gətirmək istədiyi bildirilir.

Overmars 2012-ci ildən “Ayaks”da idman direktoru vəzifəsində çalışır. O, futbolçu karyerasında, 1997-2000-ci illər aralığında “topçular”ın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button