“Arsenal”da yeni müqavilə

İngiltərənin “Arsenal” klubu hücumçusu Bukayo Saka ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə uzunmüddətli sözləşmə imzalanıb. Lakin anlaşmanın detalları və müddəti barədə məlumat verməyib.

Qeyd edək ki, Bukayo Saka “Arsenal”ın yetirməsidir. Saka bu mövsüm İngiltərə Premyer Liqasında 21 oyun keçirib.