“Arsenal”da uzunmüddətli müqavilə

“Arsenal” klubu yaponiyalı futbolçu Takehiro Tomiyasu ilə müqaviləni uzatdığını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiəçinin klubla uzunmüddətli müqavilə imzaladığı qeyd edilib.

Takehironun klubla 2028-ci ilin iyun ayının sonuna kimi olan sözləşmə imzalayacağı barədə daha əvvəl məlumat yayılmışdı.

Tomiyasu 2021-ci ildə “Bolonya”dan “Arsenal”a keçib.

Müdafiəçi bu mövsüm bütün yarışlarda 20 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Arsenal” cari mövsüm 28 turdan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button