“Arsenal”a qarşı matçda hər şey edəcəyik” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə kubokunun 3-cü mərhələsində “Arsenal”a qarşı keçirəcəkləri matç barədə danışıb.

Komanda.az xəbər verir ki, sıx oyun qrafikindən şikayətlənən alman mütəxəssis sonadək mübarizə aparacaqlarını deyib: 

“Bütün futbolçularımız bu matça hazırdır, buna heç bir şübhə yoxdur. Biz “Liverpul”u təmsil edirik və bu matça məsuliyyətsiz yanaşa bilmərik.

“Arsenal”la görüşdən üç gün sonra başqa bir oyunumuz var. Biz 13 gündə 5 oyun keçirmişik. Heç kim bizdən “özünüzü necə hiss edirsiz” deyə soruşmur. Sadəcə, bu mərhələni sona qədər keçib qələbə qazanmalıyıq.

“Arsenal”a qarşı matçda hər şey edəcəyik, əlimizdən gələni əsirgəməyəcəyik. Görək, nə baş verəcək”. 

“Arsenal” – “Liverpul” oyunu bu gün, saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button