“Arsenal” Vyera ilə anlaşdı – rəsmi

“Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “topçular” “Portu”dan Fabio Vyera ilə razılığa gəlib. “Arsenal” qarşı tərəflə prinsipial anlaşma əldə edildiyini bildirib. 

“Portu” tərəfi isə 22 yaşlı futbolçu üçün 40 milyon avro alacağını deyib. Daha 5 milyon avro bonuslar şəklində veriləcək.

Yarımmüdafiəçi ötən mövsüm Portuqaliya çempionatında 27 matçda 6 qol vurub və 14 ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button