“Arsenal”ın əsas hədəfi odur

“Arsenal” heyətini yeniləməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu strategiyada dəyişiklik etməyi planlaşdırır. “Topçular” ingilis oyunçulardan ibarət əsas heyət qurmaq istəyir. “Nyukasl”ın vingeri Entoni Qordon prioritet hədəf kimi müəyyən edilib və mövsüm bitdikdən sonra rəsmi təklif gözlənilir. Lakin “Nyukasl” futbolçusuyla ayrılmaq niyyətində deyil. “Sağsağanlar” UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, çox güman ki, o zaman onu satmağı düşünəcəklər.

Eyni zamanda, “Liverpul”un və “Mançester Yunayted”in də 25 yaşlı oyunçu ilə maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button