
Vlahoviç İngiltərə klubunun transfer siyahısındadır
“Arsenal” “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
“Topçular” serbiyalı forvardı azad agent kimi transfer edə bilər. Buna səbəb futbolçunun “Yuventus”la müqavilə müddətinin 2025/26 mövsümünün sonunda başa çatmasıdır. Bildirilir ki, Vlahoviç yay transfer pəncərəsində Turin klubundan ayrıla bilər.
“Arsenal”la yanaşı, Vlahoviçə digər top-klublar da maraq göstərir. Onların arasında “Atletiko”, “Milan” və “Bayern” də var.
O, cari mövsümdə “Yuventus”un heyətində 18 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



