Osimhen İngiltərənin top-klubunun hədəfindədir

“Arsenal” yay transfer pəncərəsində yeni hücumçu ilə müqavilə imzalaya bilər.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, “topçular” “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin Türkiyə liqasındakı çıxışını izləyir. Londonluların idman direktoru nigeriyalı forvardın fərqləndiyi “Qalatasaray” ilə “Fənərbaxça” arasında keçirilən son oyunu (3:0) tribunadan izləyib.

Osimhenin transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir və onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, bu mövsüm 31 oyunda iştirak edib, 21 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button